"Real Madrid"də prezident seçkiləri davam edir. Florentino Perez bu dəfə də verdiyi vədlə diqqətləri üzərinə çəkməyi bacarıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. İspaniyalı biznesmen Maykl Oliseni transfer edəcəyini söz verib.
Fransız ulduz üçün 150 milyon avrosundan keçəcəyini bildirən Florentino 24 yaşlı vingeri heyətinə qatmaq üçün əlindən gələni edəcəyini bildirib.
Qeyd edək ki, Maykl Olisenin "Bavariya" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.


