“Real Madrid”in prezidenti Florentino Perezin “Barselona”nın ulduz futbolçusu Pedriyə xüsusi maraq göstərdiyi bildirilir.

Offsideplus.az xəbər verir ki, Peres vaxtilə Luis Fiqo transferində etdiyi kimi, bu dəfə də katalon klubuna ciddi zərbə vurmaq niyyətindədir.

“Real Madrid” rəhbərliyi 2027/2028 mövsümü üçün Pedrini “Barselona”dan heyətinə qatmağı planlaşdırır. Klub prezidentinin ispan yarımmüdafiəçini gələcək layihənin əsas fiqurlarından biri kimi gördüyü qeyd olunur.

Bu ehtimal reallaşacağı təqdirdə, Pedrinin transferi “Barselona” – “Real Madrid” rəqabətində illər sonra baş verə biləcək ən qalmaqallı keçidlərdən biri ola bilər.