"Yarış mənim üçün uğurlu oldu”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında yunan-Roma güləşçisi Murad Əliyev (67 kq) deyib.

O, yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatındakı çıxışını belə dəyərləndirib:

“Yarış həqiqətən yüksək səviyyədə təşkil olunmuşdu. Bütün təşkilatçılara təşəkkür edirəm. Yarışa çox yaxşı hazırlaşmışdım. Bütün rəqiblərim üzərində tam üstünlüklə qələbə qazandım. Mənim üçün əsas qarşılaşma final idi. Rəqibi məğlub etmək çətin görünürdü. Buna baxmayaraq, finalda da tam üstünlüklə qələbə qazandım”.

Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə 60, 67, 77, 87 və 130 kiloqram çəki dərəcələrində qaliblər və mükafatçılar müəyyənləşib. Bununla da yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.