“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın karyerasını başa vurmazdan əvvəl klubla bir dəfə də Çempionlar Liqasını qazanmaq istədiyi bildirilir.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi Qvardiolanın bu niyyətindən xəbərdardır və məhz bu səbəbdən həm yay, həm də qış transfer dövrlərində heyətin gücləndirilməsi üçün ciddi maliyyə vəsaiti ayırıb.

Əgər Pep Qvardiola bu mövsüm Çempionlar Liqasının qalibi olarsa, o, klub futbolundan istefa verdiyini açıqlayacaq.