"Naxçıvan" klubu heyətini yeni basketbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Muxtar Respublika təmsilçisi Roderik Smiti heyətinə cəlb edib.

O, son olaraq Meksikanın "Mazatlan Venados" klubunda çıxış edib.

26 yaşlı basketbolçu 2023-2024-cü illərdə "Sumqayıt" klubunun formasını geyinib.