Səudiyyə Ərəbistanı Peşəkar Liqasında Kriştiano Ronaldonun vəziyyəti ilə bağlı tam xaos yaşanır.

Offsideplus.az xəbər verir ki, liqa rəhbərliyində bəzi rəsmilər Ronaldonun gələcəyi ilə bağlı verilən açıqlamalar mövzusunda eyni mövqedə deyil. Onlar hesab edirlər ki, portuqaliyalı ulduzun mümkün gedişi liqanın beynəlxalq nüfuzuna ciddi zərər vura bilər.

Daxili narazılıqların artdığı bildirilir və yaxın günlərdə istefaların baş verəcəyi gözlənilir.