UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubuna məğlub olaraq avrokuboklarla vidalaşan “Qarabağ” klubunun futbolçuları sosial şəbəkə hesablarında paylaşımlar edib.
Offsideplus.az xəbər verir ki, səssizliyi pozan oyunçular bu sözləri deyib:
Riçard Almeyda: "Dünən bütün azərbayanlıları sevindirmək istədik, lakin futbol elə bir şeydir ki, bir gün qalib gəlir, növbəti gün uduzursan. Bu il avrokuboklarda etdiyimiz hər şeydən qürur duymalıyıq! İndi çempionata diqqətimizi cəmləşdirməyin vaxtıdır, bu halda gələn il daha güclü qayıdacağıq. Tanrı hər şeyin ən yaxşısını bilir".
Bəhlul Mustafazadə: "Bu, son deyil. Daha güclü qayıdacağıq".
Qara Qarayev: "Heç nə bitməyib, davam edəcəyik".
Luka Quqeşaşvili: "Gələn dəfə".
Musa Qurbanlı: "Heç vaxt müvəffəqiyyətsizlik deyil, həmişə bir dərsdir. Əlimizdən gələni etdik, lakin təəssüf ki, kifayət deyildir. Başımızı dik tutacaq, daha çox çalışıb, güclü komanda olaraq geri qayıdacağıq".
Qeyd edək ki, ilk oyunda 1:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab qarşılaşmasında "Gent"ə əsas vaxtda 0:1, penaltilər seriyasında isə 3:5 hesabı ilə uduzaraq Konfrans Liqasında mübarizəni dayandırıb.