Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək "Neftçi" - "Rapid" (Avstriya) oyunun hakimləri açıqlanıb.
Offsideplus.az xəbər verir ki, görüşü Xorvatiya Futbol Federasiyasından Dario Bel idarə edəcək. Ona Maryan Tomas və Kristian Novosel köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Tihomir Pejin yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 4-ü oynanılacaq "Neftçi" - "Rapid" matçı saat 21:00-da start götürəcək. Bu komandalar arasında cavab görüşü isə bir həftə sonra Avstriyada keçiriləcək.