Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində keçiriləcək "Neftçi" - "Rapid" (Avstriya) oyunun saatı məlum olub.

Offsideplus.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 4-də "Bakcell Arena"da baş tutacaq matç saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Avstriyadakı cavab oyunu isə avqustun 11-də olacaq.