“Qarabağ” bu gün futbol üzrə UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Marsel “Olimpik”i ilə (Fransa) cavab oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun komandası Bakıda Fransa "Marsel"ini qəbul edib. Ötən həftə Fransada rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam klubu bu dəfə 0:3 hesabı ilə məğlub olub.
Bununla da avrokuboklarda qrup mərhələsindən çıxan ilk Azərbaycan klubu kimi tarix yazan "Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırıb.
Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunu
24 fevral
1/16 finalın cavab oyunu
24 fevral
Heyətlər:
"Qarabağ": 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 29. Marko Veşoviç, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 20. Kadi Borges, 10. Abdella Zubir, 25. İbrahima Vadji
"Marsel": 30. Stiv Mandanda (k), 14. Luan Peres, 15. Çaleta Çar, 2. Uilliam Saliba, 21. Valentin Ronjye, 22. Pape Qeye, 4. Bubakar Kamara, 6. Matteo Qenduzi, 12. Bamba Dyenq, 10. Dmitri Paye, 13. Sedrik Bakambu