UEFA Avropa Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu nominasiyada Avstriyanın "Lask" komandasının hücumameylli yarımmüdafiəçisi Keyto Nakamura hamını qabaqlayıb. O, doğma meydanda  Ermənistanın "Alaşkert" klubuna 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

21 yaşlı futbolçu səsvermədə "Qarabağ"dan Abdullah Zubiri, Slovakiyanın "Slovan" klubundan Andre Qrini, və Norveçin "Budyo Qlimt" komandasından Ola Solbakkeni qabaqlayıb.