"Beşiktaş"ın iki məşhur futbolçusu Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"yə qarşı ilk oyunu buraxacaqlar.
Offsideplus.az xəbər verir ki, Cenk Tosun və Raşid Qezzal avqustun 10-da keçiriləcək matçda iştirak etməyəcəklər. Bunu "qartallar"ın baş məşqçisi Şenol Güneş yerli mətbuata açıqlamasında söyləyib:
"Cenk Tosun bizimlə məşqlər edir. Zədəsi ağır idi, indi vəziyyəti yaxşıdır. "Neftçi"yə qarşı matçda oynaması çətin görünür. Özünü çatdırsa belə riskli ola bilər. Cavab oyunu və liqada oynaması üçün vəziyyətinə baxacağıq. Bəlkə o vaxt oynamaq şansı çoxalar. Raşid Qezzalın müalicəsi davam edir. Fərdi məşqlərə başlayıb. Cenk uzun müddət idi ki, məşq edirdi. Qezzalın da bir həftəyə yaşıl meydanlara qayıtmasını gözləyirik".
Qeyd edək ki, "Neftçi" - "Beşiktaş" matçı avqustun 10-u saat 21:00-da Bakıda, cavab qarşılaşması isə bir həftə sonra İstanbulda keçiriləcək.