"Dinamo"ya (Minsk) qalib gələn "Jelezniçar" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, ötən gün Belarus klubuna 2:1 hesabı ilə (ümumi hesab - 4:3) qalib gələn Bosniya və Herseqovina təmsilçisi oyundan sonra paltardəyişmə otağından paylaşım edib. "Jelezniçar"ın bu paylaşımına "Fənərbağça"nın oyunçusu Edin Ceko reaksiya bildirib. 

Ceko "Matç TV" turnirində "Neftçi"yə qarşı oyunda (0:1) fərqlənərək, komandasının qələbə qoluna imza atmışdı.

Qeyd edək ki, 37 yaşlı hücumçu "Jelezniçar" yetirməsidir və karyerasına bu klubda başlayıb.

Xatırladaq ki, "Neftçi" "Jelezniçar"la iyulun 27-si səfərdə, bir həftə sonra isə Bakıda üz-üzə gələcək. 

msg5787067961 10422