"Şəmkir" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Qərb təmsilçisi Rövşən Şahmuradovu transfer edib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, hücumçu "Şamaxı", "Turan Tovuz", "Karvan" və "Qaradağ Lökbatan" kimi klublarda çıxış edib.