II Liqa klubu "Şəmkir" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, komanda Akif Tağıyev transfer edib.

Onunla 1 illik müqavilə imzalanıb.

Adıçəkilən futbolçu karyerası ərzində "Turan Tovuz", "Xəzər Lənkəran", "Azal", "MTK Araz", "Nilüfer Erdemli", "Merzifonspor", "Kadirli Demir", "Türkoğlu Belediyespor", "Şuvalan" və "Karvan" kimi komandalarda forma geyinib.