Şahmat üzrə Azərbaycan I Dəstəsində mübarizə başlayıb.

Offsideplus.az xəbər verir ki, kişilərin yarışında 40, qadınların mübarizəsində isə 20 şahmatçı iştirak edir.

Yarış 9 turdan ibarət olacaq. I Dəstədə kişilər arasında ilk 9, qadınlar arasında isə ilk 2 yeri tutanlar Azərbaycan çempionatına vəsiqə qazanacaq.

Turnirə yanvarın 14-də yekun vurulacaq. Çempionatın mükafat fondu 10 min manat təşkil edir.