İngiltərəli boksçu Entoni Coşuanın son durumu məlum olub.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı idmançı xəstəxanadan evə buraxılıb.
O, xəstəxanadan çıxdıqdan sonra qəza zamanı həlak olmuş məşqçiləri – Kevin Latif Ayodele və Sina Qaminin dəfninə yollanıb.
Qeyd edək ki, Coşua və dostları dekabrın 29-da Nigeriyanın Laqos şəhərində ağır yol qəzası keçirib. Onun iki dostu yerindəcə keçinib.



