Azərbaycanlı qol güləşçisi Təbriz Səfərov 2 illik idmandan uzaqlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) qərar qəbul edib.
Onun nümunəsində qadağan olunmuş maddə (ephedrine) aşkarlanıb.
T. Səfərovun cəzası sentyabrın 9-dan hesablanıb və 2027-ci ildə başa çatacaq.



