Maqnus Karlsen Qətərin paytaxtı Dohada təşkil olunan rapid üzrə dünya çempionatının qalibi olub.

Offsideplus.az xəbər verir ki, norveçli qrossmeyster 6-cı dəfə (2014, 2015, 2019, 2022 və 2023) bunu bacarıb.

O, klassik, rapid və blits şahmat üzrə ümumilikdə 19-cu dünya çempionluğunu əldə edib.

Turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 9 xalla 6-13-cü yerləri bölüşüb.