Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən Arina Kaluqina son olimpiya rekordunu təzələyib.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat yayıb.

Fiqurlu konkisürən bu nəticəyə Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən "Denis Ten Memorial Challenger" seriyalı yarışda nail olub.

Kaluqina  +2.91 xal toplayaraq "dördlü salxov" üzrə son olimpia rekordunu yeniləyib.

O, sərbəst proqram üzrə çıxışı zamanı sonuncu dəfə rekorda imza atan yaponiyalı Mao Şimadanı geridə qoyub.

Seriya yarışında Arina Kaluqina 13 ölkədən olan 20 idmançı arasında 167.24 xal toplayaraq bürünc medala yiyələnib.