"Rolan Qarros" yarımfinalında Arina Sabalenka - İqa Şvyontek duelinin şahidi olacağıq.
Offsideplus.az xəbər verir ki, bu gün keçirilən 1/4 final matçlarında əvvəlcə korta Sabalenka çıxıb. O, çinli Çınven Çjenlə üz-üzə gəlib. Belaruslu tennisçi ilk seti tay-breykdə qazanıb - 7:6 (3). O, ikinci seti isə 6:3 hesabı ilə qazanaraq matçdan qələbə ilə ayrılıb.
4 qat "Rolan Qarros" çempionu İqa isə Elina Svitolina ilə qarşılaşıb. Polşa tennisçi rəqibinə set vermədən qalibiyyət qazanıb - 6:1, 7:5.
Yarımfinal matçı iyunun 5-də baş tutacaq.