Bu gün 1-ci liqada fasilə başa çatır.

Offsideplus.az xəbər verir ki, 37 gündən sonra mövsümün 2-ci yarısı start götürəcək. 12-ci tura 3 görüşlə start veriləcək. Digər 2 görüş isə sabah keçiriləcək.

Qeyd edək ki, turnir cədvəlində "Qəbələ" liderdir. "Karvan" və "İmişli" isə liderin ən yaxın izləyiciləridir.

30 yanvar (cümə axşamı)

Azərbaycan 1-ci liqası, 12-ci tur

13:00. MOİK – “İmişli” 

Binə qəsəbə stadionu

14:00. “Karvan” – “Difai”

Yevlax şəhər stadionu

15:00. “Qəbələ” – “Baku Sporting”

Qəbələ şəhər stadionu

31 yanvar (cümə)

14:00. “Qaradağ Lökbatan”– “Cəbrayıl”

Lökbatan OİK stadionu

14:00. “Zaqatala” – “Mingəçevir”

Zaqatala OİK stadionu