I Liqada mübarizə apan "Mingəçevir"də ayrılıq baş verib.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi qolkiperləri Əsgər Hüseynovla yollarını ayırıb.

"Çərçivə" qoruyucusu ilə başa çatan müqavilə yenilənməyib.

O, ötən ilin yayından komandada çıxış edirdi.