“İmişli” baş məşqçi Əsgər Abdullayevlə yollarını ayırdı. 

Mediada yazılana inansaq, Aran təmsilçisi Azər Həşimovla "1+1" şərti ilə müqavilə imzalayacaq. Görəsən, gənc mütəxəssis yeni mövsümdən "çəhrayı pələnglər"i çalışdıracaq? Azər bəy məsələ ilə bağlı Offsideplus.az-a bunları söylədi:

" Xeyr! "İmişli" ilə razılaşmamışam. Belə bir təklif olunmuşdu. Lakin hazırda real heçnə yoxdur. Yaxın günlərdə "Qaradağ Lökbatan" rəhbərliyi ilə görüşümüz olacaq. Bundan sonra hər şeyə aydınlıq gətiriləcək. Baş məşqçiyə müxtəlif təkliflərin olması normaldır. Lakin hələ ki, konkret nəsə yoxdur".