Azərbaycan I Liqasında XVI tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, lider "Şəfa" 'Difai"nin qonağı olub. Görüşdə tam 9 qol vurulub.
"Şəfa" 8:1 hesabı ilə rəqibini məğlub edib.
"Mingəçevir" isə MOİK üzərində qələbə qazanıb - 2:0.
"Şahdağ Qusar" da "Zaqatala"dan üstün olub - 1:0.
25 fevral (çərşənbə)
15:00. “Difai” – “Şəfa” - 1:8
Qollar: Raul Yaqubzadə, 89 - Pərviz Azadov, 8, 46, Emin Zamanov, 29, Nahid Əliyev, 44, Tərlan Quliyev, 50, Əmir İbrahimzadə, 60, Hacıəli Şirəliyev, 65-avtoqol, Aqil Nəsibov, 86.
Ağsu şəhər stadionu
15:00. “Şahdağ Qusar” – “Zaqatala” - 1:0
Qol: Aqostinyo Çipesse, 61
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Elçin Abdullayev
Şamaxı OİK stadionu
15:00. “Mingəçevir” – MOİK - 2:0
Qollar: Bahadur Həziyev, 11, Kennet Kalunqa, 63
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
24 fevral (çərşənbə axşamı)
“Şimal” – “Cəbrayıl” 3:2
“Səbail” – “Bakı Sportinq” 0:0


