Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" klubunun baş məşqçisi Ramiz Məmmədov 4 oyunluq cəzalanıb.


Offsideplus.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mütəxəssis XV turda "Şəfa"ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3000 manat cərimələnib.

Bundan başqa, sözügedən görüşdə "Şəfa"nın futbolçusu Vüqar Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 150 manat ziyana düşüb.

"Mingəçevir" komandası istifadə etdiyi paltardəyişmə otağına dəymiş zərəri də qarşılayacaq.