Azərbaycan I Liqasında XV tur yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, çempionatın lideri "Şəfa" "Mingəçevir"lə matçda son dəqiqələrdə buraxdığı qolla xal itirib - 2:2.

"Zaqatala" "Difai"ni (2:1), "Şahdağ-Qusar" isə "Şimal"ı (1:0) məğlub edib.

Lider "Şəfa"nın 33 xalı var. Onları 1 xal az toplayan "Baku Sportinq" təqib edir. Sonuncu yeri 5 xalla "Şimal" tutur.

Azərbaycan I Liqası

19 fevral (cümə axşamı)

14:30. “Şəfa” – “Mingəçevir” - 2:2

Qollar: Nihad Əliyev, 2, Emin Zamanov, 8 (penalti) - Cəlal Cəbrayılov, 63, Taleh Fərmanov, 90+4

Binə qəsəbə stadionu

15:00. "Zaqatala” – “Difai” - 2:1

Qollar: Kamil Qardaşlı, 61, 65 - V.Ondo, 12

Zaqatala OİK stadionu

15:00. “Şimal” – “Şahdağ Qusar” - 0:1

Qol: Vüsal Əliyev, 40

Şamaxı OİK stadionu

18 fevral (çərşənbə)

“Cəbrayıl” – “Bakı Sportinq” - 1:2

MOİK – “Səbail” - 1:0