Azərbaycan I Liqasında XIII tur başa çatıb.
Offsideplus.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.
"Mingəçevir" - "Zaqatala" görüşündə hesab açılmayıb.
"Difai" isə "Şimal"ı məğlub etməyi bacarıb - 3:1.
Ağsu təmsilçisinə qələbə gətirən qolları Vorren Ondo, Altayturan Bektaşoğlu və Kristian Kamta imza atıb.
XIII turdan sonra I Liqada "Şəfa" liderdir. Onların aktivində 32 xal var.
"Baku Sportinq" 29 xalla 2-ci, "Səbail" isə 26 xalla 3-cü yerin sahibidir.



