UEFA-dan azərbaycanlı hakimlərə növbəti təyinat gəlib.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA referisi Əliyar Ağayev dünya çempionatının seçmə mərhələsinin K qrupu çərçivəsində keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

İyunun 10-da Serbiyanın Leskovaç şəhərində yerləşən “Duboçica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.