AFFA "Kəpəz”in 19 yaşlılardan ibarət komandasının futbolçusu Nihad İsaqovun cəzasını yüngülləşdirib.
Offsideplus.az xəbər verir ki, adıçəkilən oyunçu mayın 10-da AFFA Gənclər Liqasında "Səbail"ə qarşı keçirilən görüşün 71-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
AFFA İntizam Komitəsi bu hərəkətinə görə Nihadı 4 oyunluq cəzalandırıldı.
Bu gün AFFA Apellyasiya Arbitraj Tribunalı "Kəpəz" klubunun müraciətini qismən təmin edib.
Belə ki, İsaqovun 4 oyunluq cəzasının 2 matçı şərti tətbiq edilib.
Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunub.