Serbiya yığmasının və İtaliyanın "İnter" klubunun sabiq futbolçusu Sinişa Mixayloviç dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, veteran müdafiəçi 53 yaşında onkoloji xəstəlikdən vəfat edib. Mixayloviç bir müddətdir xərçəngdən əziyyət çəkirdi.
Qeyd edək ki, Sinişa Mixayloviç futbolçu karyerası ərzində "İnter"lə yanaşı, ölkəsinin "Voyvodina", "Srvena Zvezda", İtaliyanın "Roma", "Sampdoriya" və "Latsio" klublarının da formasını geyinib. Baş məşqçi kimi də fəaliyyət göstərən mütəxəssis son olaraq İtaliya "Bolonya"sının sükanı arxasında olub.