Azarkeşlər "Barselona" klubunun futbolçusu Jerar Pikeni ABŞ-da "Real"la yoxlama oyununda (1:0) fitə basıblar.
Offsideplus.az xəbər verir ki, ispan müdafiəçi ayrıldığı sevgilisi Şakiraya xəyanət etdiyi üçün azarkeşlər bu addımı atıblar. 62-ci dəqiqədə meydana daxil olan Pikeni azarkeşlər hər topa toxunduğu zaman fitə basıblar. Onlar bir neçə dəfə Şakiranın adını da səsləndiriblər.
Xatırladaq ki, Pike və Şakira iyunda ayrılıblar.