Sabiq futbolçu Erik Kantona Fələstinə dəstək paylaşımı edib.
Offsideplus.az xəbər verir ki, sosial şəbəkə hesabında həyat yoldaşı ilə "Fələstin üçün ümid" (Hoping for Palestine) yazılı köynəklər geyinərək foto paylaşıb.
Fransalı əfsanə "Ümid Fondu, Fələstin Yardım Dərnəyinin Qəzzadakı duruma təcili müdaxiləsi üçün yardım toplayır", deyə qeyd edib.
Qeyd edək ki, Kantona 1992-1997-ci illərdə "Mançester Yunayted"in şərəfini qoruyub.