"Palmeyras"ın koronavirusa yoluxmuş futbolçusu Luis Adriano karantin qaydalarını pozmaqla qalmayıb, qəza da törədib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə Tvitter səhifəsində paylaşım edib:
"Aprelin 1-də koronavirus testimin nəticəsi müsbət çıxdı. Xəstəliyin heç bir əlaməti yox idi. Amma klubun təyin etdiyi qaydalar məlumdur. Evdə təcrid olunmağım lazım idi. Amma dünən maşın sürə bilməyən anamı aparmaq üçün ticarət mərkəzinə getdim. Mən maşından düşmədim və maska geyinmişdim. Sonda hər şey qəzaya düşməyimlə başa çatdı. Avtomobil dayanacağından çıxarkən maşınım velosipedlə toqquşdu. Yaralıya kömək edə bilmədim. Ancaq onda hər şey yaxşı qurtardı. Evdən çıxmamalıydım, səhv etdim. Bunu etiraf edirəm".