Böyük Britaniyada 2020-ci ilin ən yaxşı idmançısı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, qalib BBC-nin apardığı səsverməyə əsasən "Mercedes" komandasında çıxış edən "Formula 1" üzrə 7 qat dünya çempionu Lüis Hemilton ilin idmançısı seçilib. İngiltərə yığmasının və "Liverpul"un futbolçusu Cordan Henderson ikinci, çapar Holli Doyl isə üçüncü olub.
Qeyd edək ki, Lüis Hemilton bu il 7-ci dəfə dünya çempionu olub və bu göstəricidə almaniyalı Mixael Şumaxerə çatıb.