FİFA-nın prezidenti Canni İnfantino əfsanəvi futbolçu Paolo Rossinin vəfatı ilə bağlı başsağlığı verib.

Offsideplus.az xəbər verir ki, bu barədə qurumun rəsmi "Tvitter" hesabında paylaşım edilib. 50 yaşlı futbol rəsmisi Rossinin italyanlar üçün sevinc və qürur simvolu olduğunu qeyd edib. Əfsanəvi oyunçunu qəhrəman adlandıran İnfantino bu sözləri deyib:

"Əlvida, Pablito. İtalyanlar üçün sevinc, qürur, uğur simvolu. Qəhrəman. Əfsanə. Bizə bəxş etdiyin və bu gün hüzn göz yaşlarına çevrilən sevinc göz yaşları üçün sənə təşəkkür edirəm. Ailənə dərin baş sağlığımı bildirirəm. Sülh içində yat".