Çempionlar Liqasının H qrupunda keçirilən PSJ - "İstanbul Başakşehir" matçı yarımçıq dayandırılıb.

Offsideplus.az xəbər verir ki, buna Okan Burukun komandanı meydandan çıxarması səbəb olub. Belə ki, ilk hissənin gedişində dördüncü hakim Burukun qaradərili köməkçisi Pyer Veboya irqçi ifadə işlətdiyindən, baş məşqçi oyunun davam etdirilməsinə qarşı çıxıb.

Qeyd edək ki, 15-ci dəqiqəyə qədər hesab 0:0 idi.