"Arsenal"ın baş məşqçisi Mikel Arteta heyətdəki oyunçu sayının artırılması təklifi ilə çıxış edib.

Offsideplus.az xəbər verir ki, London klubunun futbolçuları Qabriel Martinelli, İtan Nvaneri və Qabriel Jezusu İngiltərə Superkubokunda "Mançester Siti" ilə oyunda (3:0) iştirak etməyiblər.

Arteta bildirib: "Mən Premyer Liqanı və klubları heyətdəki oyunçu sayını, xüsusilə meydan oyunçularının sayını artırmağa inandırmağa çalışıram. Çünki getdikcə daha çox oyun keçiririk və yük həddindən artıqdır. Təəssüf edirəm ki, bu oyunçulara meydanda özlərini göstərmək imkanı verə bilmirik. Bu, işimizin ən çətin hissəsidir".