AFFA-nın Futbolun İnkişafı Departamenti akademiyaların inkişafı və məşqçilərin təhsili istiqamətində növbəti təlimləri “Turan Tovuz” və “Kəpəz” akademiyalarında təşkil edib.

Offsideplus.az xəbər verir ki, departament rəhbəri Sərxan Hüseynov və digər mütəxəssislərin iştirakı ilə keçirilən sessiyalarda məşqçilərə “5 Ulduz Akademiya İnkişaf Modeli” təqdim olunub. Təlimlərdə oyun modeli, futbolçu inkişaf yolu, fiziki hazırlıq və məşq proqramlarının düzgün seçilməsi ətrafında müzakirələr aparılıb.

Bundan başqa, müasir texnologiyaların tətbiqi çərçivəsində “Eyeball” platforması nümayiş etdirilib. Bu sistem vasitəsilə oyunçu inkişafının planlaşdırılması, monitorinqi və məlumatların sistemləşdirilməsi imkanları məşqçilərin diqqətinə çatdırılıb.