Misli Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb
Offsideplus.az xəbər verir ki, bu turda cəmi 4 qarşılaşma baş tutacaq.
Avrokuboklarda mübarizə aparan “Sabah” və “Qarabağ”ın müraciəti, eləcə də rəqiblərinin razılığı ilə PFL "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" görüşlərini daha sonrakı tarixə təxirə salıb.
Turun təqvimi isə belədir:
22 avqust (şənbə)
-
18:30 “Qəbələ” – “Şəfa” (Qəbələ şəhər stadionu)
-
20:45 “Zirə” – “İmişli” (Zirə İdman Kompleksinin stadionu)
23 avqust (bazar)
-
18:30 “Turan Tovuz” – “Şamaxı” (Tovuz şəhər stadionu)
-
20:45 “Neftçi” – “Araz-Naxçıvan” (“Neftçi Arena”)


