"Dubay" klubunun baş meneceri Deyan Kamenyaşeviç hesab edir ki, NBA-nın Avropada layihəsi yalnız EuroLeague ilə əməkdaşlıq olarsa uğur qazana bilər.
Offsideplus.az xəbər verir ki, Kamenyaşeviç bu barədə belə danışıb: "İnsanlar daim nəsə yaratmaq istədiklərini deyirlər, amma heç nə baş vermir və baş verməyəcək, əgər onlar EuroLeague ilə kommersiya məsələlərində razılığa gəlməsələr". O, həmçinin vurğulayıb ki, amerikalı investorlar artıq Avropa basketboluna ciddi sərmayə yatırırlar və bu, mövcud sistemin cəlbediciliyini göstərir. "Mən düşünürəm ki, NBA və EuroLeague arasında əməkdaşlıq yeganə real variantdır. Qalan hər şey EuroLeague üçün, hansı ki, bu gün heç vaxt olmadığı qədər güclüdür, tamamilə mənasızdır", – deyə Kamenyaşeviç əlavə edib.


