Şüvüllə tullanma üzrə dünya rekordçusu Arman Duplantis karyerasına daha bir parlaq uğur əlavə edib.
Offsideplus.az xəbər verir ki, isveçli idmançı 6.15 metrlik nəticə göstərərək həm çempionat rekordunu təzələyib, həm də üst-üstə 4-cü dəfə Avropa çempionu adını qazanıb.
Bütün rəqiblərini geridə qoyan ulduz atlet öz üstünlüyünü növbəti dəfə sübut edərək qızıl medala sahib çıxıb.


