Misli Premyer Liqasının ilk turunda “Zirə” “Şəfa”nı 2:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyun sonrası mətbuat konfransında Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
“Gərgin mübarizə oldu. Rəqibin əzmkar olacağını bilirdik. Avrokuboklardan sonra məyusluq içində idik. “Zirə”ni ən yaxşı tanıyan məşqçiyə qarşı oynadıq. 7 il bizimlə olub. Bu hiss olundu. Futbolçularımı təbrik edirəm”.
- Bitiricilik problemi həll olub?
- “Zirə”də 7-ci ilimdir. Bu qədər qol epizoduna girib məğlub olduğumuz oyun xatırlamıram. “Payde” ilə oyunda belə oldu. Futbolçu həyatımda da bu olmuşdu. Haımımız məyusuq. Bu gün isə daha dəqiq olduq. İnşallah həll olacaq.
- Rəqibə görə 2 qol vura bildiniz?
- “Şəfa”ya qarşə oynamaq “Payde”dən daha çətindir. 5-8 dəqiqədən bir epizod yaradırdıq. Bu dəfə belə deyildi. Üstün olduğun oyunda əks-hücumlar təhlükəli olur. Müdafiyə də fikir vermək lazımdır.
- Hakimlikdən yenə narazı görünürdünüz...
- Yox, yox (gülür). Nəticəyə təsir edəcək səhv yox idi. Meydandan kənarda olanda aqressiv olursan.
- Cibrila olduğu çempionat oyununda “Zirə” ötən mövsüm məğlub olmamışdı. Bu mövsüm fiziki olaraq daha yaxşı hazırlaşıb?
- Az oynamışdı. Maraqlı statistikadır. Heç fikir verməmişdim. İssaya güvənirik, hücumu onun üzərinə qururuq. Rotasiyalar olacaq. Üzərində daha çox çalışır.
- Eren Aydından razısınız?
- Mikro zədəsi var idi. Amma əzmkar oynadı, baxımlı qol vurdu. Burda vurdu qol oldu, “Payde” ilə oyunda 2 zərbəsi dirəkdən qayıtmışdı.
- Yeni FIFA qaydalarından razısınız?
- Çox əla qaydadır. Vaxtın getməsindən şikayətlənirdik. Yeganə nüans qanaxmaya görə 1 dəqiqə saxlamağın mənası yoxdur. Ümid edirəm, bu məqama fikir verərlər.


