"Real Madrid"in baş məşqçisi Joze Mourinyo gözünün altındakı göyərmənin səbəbi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu zədə ilə "Real Madrid"in "Şalke"yə qarşı yoxlama oyununda (3:0) meydana çıxıb. Mourinyo bildirib ki, məşq zamanı üzünə top dəyib. "Əgər eynək taxmasaydım, bu, yəqin ki, böyük problem olmazdı. Daha pis də ola bilərdi", – deyə Mourinyo vurğulayıb.
O, həmçinin "Real Madrid"in 3:0 hesablı qələbəsini belə şərh edib: "Komanda artıq kollektivə bənzəməyə başlayır. Oyunçular ruh yüksəkliyi ilə çıxış edir və bu, hər şeydən vacibdir. Ən maraqlısı isə qarşıdadır – əsl mübarizə başlayır".


