"Əl-Nəsr"in və Portuqaliya milli komandasının kapitanı Kristian Ronaldo "Vogue" meqazinə verdiyi açıqlamada karyerasının sonu ilə bağlı məlumat verib.
Offsideplus.az xəbər verir ki, peşəkar futbolçu karyerasının son mərhələsində olduğunu və bu mövsümün onun üçün sonuncu ola biləcəyini xüsusi vurğulayıb. 25 illik fədakarlıqla dolu karyerasının sonuna yaxınlaşan 41 yaşlı hücumçu, futboldan sonrakı həyatı üçün bütün planlarını öncədən hazırladığını və gələcəyini tam şəkildə formalaşdırdığını bildirib.
Ronaldo çıxışında bu sözləri ifadə edib:
"Ehtimal ki, bu mənim futboldakı son mövsümümdür və möhtəşəm bir miras qoyub tərk etmək istəyirəm."
Futbolu dayandırmağın daxilində böyük bir boşluq yaradacağını qəbul edən ulduz futbolçu bu boşluğu doldurmaq üçün artıq hər şeyi planlaşdırdığını deyib:
"Gələcəyim tamamilə planlaşdırılıb. Məni məşğul edəcək o qədər şey var ki, sadəcə birini demək çətindir. Çünki futbol böyük bir boşluq buraxa bilər, vaxtınızı yalnız bir yolla deyil, fərqli yollarla doldurmalısınız."
Əfsanəvi futbolçu təqaüd dövründə daha çox əylənmək, səyahət etmək, sevdiyi padel idman növləri ilə məşğul olmaq və illərdir verdiyi fədakarlıqların bəhrəsini ailəsi ilə birgə yaşamaq istədiyini vurğulayıb:
"Daha çox əylənmək, daha çox səyahət etmək, çox sevdiyim padel oyununu izləmək və oynamaq, qazandıqlarımın — qazandıqlarımızın həzzini çıxarmağa davam etmək istəyirəm. Çünki nəticədə bu, böyük fədakarlıqlarla keçən 25 il olub."


