İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xansi Flik komandanın yay transfer pəncərəsindəki növbəti planları ilə bağlı diqqətçəkən açıqlama verib.
Offsideplus.az xəbər verir ki, mətbuat konfransında Kataloniya təmsilçisinin yeni transferlər edib-etməyəcəyi barədə sualı cavablandıran almaniyalı mütəxəssis heyətdə hələ də tamamlanmalı məqamların ola biləcəyini vurğulayaraq azarkeşlərə sürpriz transferlərin anonsunu verib.
-
Xansi Flik transfer pəncərəsinin bağlanmasına az qalmış klubun mövqeyini bu sözlərlə ifadə edib:"Nəyisə gözümüzdən qaçırmış və ya əskik buraxmış ola bilərik... Bu həftə hər şeyi birlikdə görəcəyik."
-
Yay pəncərəsində artıq vacib transferlər reallaşdıran "Barselona"nın baş məşqçisi mövsümün gedişində zədələr və ya taktiki ehtiyaclar səbəbindən meydana gələ biləcək boşluqları bağlamaq üçün rəhbərliklə sıx təmasdadır.
-
Flikin bu sirr dolu bəyanatı Kataloniya klubunun transfer pəncərəsinin son günlərində müdafiə və ya yarımmüdafiə xəttinə yeni bir oyunçu qatmaq üçün fürsətləri dəyərləndirdiyini göstərir.


