Türkiyə milli komandasının kapitanı Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı yeni məlumat yayılıb.

Offsideplus.az xəbər verir ki, Türkiyənin "Dörd Böyüklər"i  istədiyi təqdirdə 32 yaşlı yarımmüdafiəçinin transferini yekunlaşdıra bilər.

İtaliyanın "İnter" klubu təcrübəli futbolçusunun satışı üçün 20 milyon avro tələb edir.

Hakan Çalhanoğlunun karyerasının bu mərhələsində Türkiyə çempionatında çıxış etmək variantına açıq olduğu bildirilir.