Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında ilk yarış günü arxada qalıb.
Offsideplus.az xəbər verir ki, yunan-Roma güləşçimiz Cavidan Nehmətov (77 kq) ardıcıl olaraq yunanıstanlı (8:0), qırğızıstanlı (9:0) və qazaxıstanlı (7:5) rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda iranlı Amir Mehdi Navanı 7:1 hesabı ilə üstələyən pəhləvanımız adını finala yazdırıb.
O, qızıl medal uğrunda ermənistanlı Samvel Terteryanla qarşılaşacaq.
Digər təmsilçilərimizdən Tural Əhmədov (63 kq) 1/4 finalda özbəkistanlı rəqibinə (2:3) uduzsa da, qarşı tərəf finala adladığı üçün təsəlliverici görüşdə şansını sınayacaq.
Orxan Hacıyev (87 kq) və Mikayıl İsmayılov (130 kq) isə ilk gərgin qarşılaşmalarda məğlub olaraq mübarizəni dayandırıblar.


