Misli Premyer Liqasının ilk turunda “Şəfa” “Zirə”yə məğlub oldu - 2:0.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra “Şəfa”nın baş məşqçisi Zaur Həşimov media önünə çıxıb:

“İlk oyun üçün maraqlı oynadıq. Daha çox mübarizə apardıq. “Zirə” 6 və ya 8-ci həftədir ki, məşq edirdi. 

12 nəfərlə başlamışdıq. Ötən mövsümdən qalan futbolçular var. Yeni futbolçilar da var. Hər şeyi nəzərə almışıq. Bəzi mövqelərdə yerli futbolçular tapmadıq. Bizə vaxt lazımdır. Bunu bəhanə kimi demirəm. Zirəyə xal üçün gəlmişik. Yoxlama oyunlarında uduzmamışdıq. İlk məğlubiyyətimizdir. Anlaşılmazlıqların olması normaıdır. Yeni kollektivik. Bu gün də yaxşı çıxış etdik”.

Arsen Ağcabəyovun ehtiyatda qalması ilə bağlı:

“Qəbələ” ilə oyunda zədələnmişdi. Yalnız dünən məşqlərə qoşula bilib”.