"Neftçi" basketbol komandası heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandasının 19 yaşlı üzvü Derin Berköz ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

192 sm boya malik gənc basketbolçunun son klubu NTD komandası olub.